İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
İspaniyada cari ilin iyul ayında turizm mövsümü bərpa edilir.
Bu barədə ölkənin baş naziri Pedro Sançes deyib.
Nazir bildirib ki, ölkə həm bölgə sakinlərinin, həm də səyahət edənlərin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görəcək: "Bu barədə aidiyyəti nazirliklər yaxın gələcəkdə detalları açıqlayacaqlar".
Hansı ölkələrlə hava əlaqələrinin yenidən açılacağı bilinməsə də, nazir tur operatorları yay kampaniyasına başlamağa çağırıb.