Karantin rejimi tətbiq olunmayan ölkədə sırf koronavirusdan 4 ayda 49 min insan ölüb

20-06-2020, 16:04 231 dəfə baxılıb

Karantin rejiminin tətbiq olunmadığı Braziliyada ölənlərin sayı 50 minə yaxınlaşır.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən Braziliyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb. 49 min 90 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib, 500 mindən çox insan koronavirusdan sağalıb.

Braziliya koronavirusa yoluxanların sayına görə siyahıda ABŞ-dan sonra ikinci yeri tutur. Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.

Qeyd edək ki, Braziliyada keçirilən karnavaldan bir gün sonra, fevralın 26-da ilk dəfə COVİD-19 infeksiyasına yoluxma halı təsdiqlənib. Koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib.

O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR