Rusiya Türkiyə ilə sammiti ləğv etdi — "Bundan sonra Türkiyə ilə bağlı bütün qərarlar..."
"Qərarlar həmin faciənin kölgəsində qəbul ediləcək"
Rusiya hökuməti Rusiya və Türkiyənin dekabrın ortasında Sankt-Peterburqda keçiriləcək birgə sammitini ləğv edib.
Bu barədə "Kommersant" qəzeti Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb. Diplomatik mənbə bildirib ki, vurulan Su-24 təyyarəsi Rusiya-Türkiyə münasibətlərinə ciddi təsir göstərib.
"Bundan sonra Türkiyə ilə bağlı bütün qərarlar həmin faciənin kölgəsində qəbul ediləcək", - deyə qəzetdə yazılıb.
Noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.