İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçdi

3-12-2020, 23:16 205 dəfə baxılıb

İranda ötən sutka ərzində 13 922 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 003 494 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 358 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 49 348 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 699 315 nəfər koronavirusdan sağalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR