Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto

24-02-2020, 20:52 498 dəfə baxılıb

Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto


Ukraynanın Zaporojye vilayətində "Sarvan" ləqəbli azərbaycanlı kriminal avtoritet öldürülüb.

1968-ci ildə anadan olmuş şəxs fevralın 22-də axşam sinəsindən bıçaq zərbəsi alıb və təcili yardım avtomobilində keçinib.
"Qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir",-yerli polis bildirir.

Xəbərə görə, öldürülən şəxs Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olub, habelə o, mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və regionda tanınan digər kriminal avtoritet "Qriqori" ilə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın Azərbaycanda da "vor zakon"larla əlaqələri olub.
Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto
Azərbaycanlı kriminal avtoritet bıçaqlanaraq öldürüldü - Foto


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR