“Mənə kəllə atdı, sonra da yumruq vurdu, mən də bıçaqladım” — Binəqədidəki cinayətin TƏFƏRRÜATI

11-04-2019, 00:41 354 dəfə baxılıb

“Mənə kəllə atdı, sonra da yumruq vurdu, mən də bıçaqladım” — Binəqədidəki cinayətin TƏFƏRRÜATI


Dostunun qardaşını bıçaqlmaqda təqsili bilinən 26 yaşlı Ağasalı Şirvan oğlu Xəlilzadə Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az" xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, hadisə 21 oktyabr 2017-ci il tarixində Sulutəpə qəsəbəsində baş verib.

İttihamda yazılır ki, Ağasalı Xəlilzadə tanışları Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Ağasalı Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb. İttihamda cinayətin baş vermə səbəbi gənclər arasında borca görə yaranmış mübahisə göstərilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsədn sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Xəlilzadə ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl həmin kafeyə çay içmək üçün gedib. Onunla birlikdə dostu Müşfiq də olub. Kafedə çay içən zaman Müşfiq çölə çıxıb.
Həmin vaxt polis əməkdaşları Müşfiqi polis bölməsinə aparıblar:

“Kafedə oturmuşdum. Ofisiant dedi ki, mənimlə birlikdə gələn Müşfiqi polislər aparır. Mən də arxasınca çıxdım ki, görüm nə məsələdir? Müşfiqlə çörək kəsmişik, dostuluğumuz olub. Onu tək qoymaq istəmədim. Mən də onunla getmək istədim. Polislər məni də maşına mindirdi. Bölməyə apardılar. Bir gün orada saxladılar. Müşfiqin qardaşı bölməyə gəlmişdi. Bizə yemək, siqaret gətirmişdi. Mənim heç bir günahım yox idi. Müşfiqin məsələsini həll elədikdən sonra bizi buraxdılar”.

A.Xəlilzadə dostu Müşfiqin polislər tərəfindən saxlanma səbəbi barədə dəqiq danışmayıb. Deyib ki, səhv eləmirsə, Müşfiqin kimdənsə alacağı var imiş: “Deyəsən həmin söhbətə görə nəsə mübahisə olmuşdu. Dəqiq bilmirəm”.

Təqsirləndirilən gənc ifadəsinin davamında dostunun qardaşını bıçaqlamasının səbəbini danışıb. Bildirib ki, dostu Müşfiqin böyük qardaşı olan Elxan ondan pul tələb edib:

“Bölmədən çıxanda Elxan mənə dedi ki, guya məni polisdən çıxaranda 60 manat xərc çəkib. Həmin pulu da yeməyə, siqaretə xərcləyib. Mənim də 10 manatım var idi. Verib dedim ki, qalanını da verərəm. Amma söz vermədim, dedim ki, olanda verəcəm. Bundan sonra mənə neçə dəfə zəng elədi. Pulunu istəyirdi. Bir dəfə də məni döymüşdü. Sonuncu dəfə Elxan məni yenə söhbətə çağırdı. Pulunu istəyəndə mən də “yoxumdur” dedim. Mənə kəllə atdı, sonra da yumruq vurdu. Dedi ki, “pulu ver”. Mən də dedim ki, qardaşına görə içəri düşmüşəm. Dedi ki, “mənə dəxli yoxdur. Gətir pulu ver”. Məni vurmağa davam edəndə kafenin həyətində masanın üstündəki bıçaqla onu vurdum”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR