"Beşiktaş" onları göndərir

16-04-2020, 09:22 209 dəfə baxılıb

"Beşiktaş"ın göndərəcəyi futbolçuların adlarına aydınlıq gəlib.

İstanbul klubu Jermeyn Lens, Enzo Roko və Duqlasla qarşılıqlı razılaşma əsasında yollarını ayırmaq niyyətindədir. "Qara qartallar" Duqlas və Enzo Rokonu azad agent kimi buraxmaq, Jermeyn Lensi isə uyğun bir qiymətə satmağı planlaşdırır.

"Beşiktaş"la 2022-ci ilədək müqaviləsi olan 32 yaşlı Jermeyn Lenslə "Feyenoord" yaxından maraqlandığı bildirir.

Xəbərdə o da qeyd olunub ki, klub komandada icarə əsasında çıxış edən Loris Karius, Abdulay Diabi, Kevin-Prins Boatenq və Mohamed El -Nennini də göndərmək istəyir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR