Messi haqda yeni iddia - 2021-ci ildə...

26-07-2020, 14:43 232 dəfə baxılıb

"Barselona"nın futbolçusu Lionel Messinin karyerasını gələn il "İnter"də davam etdirə biləcəyi iddia olunub.

Qol.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilib ki, "İnter" Kataloniya klubunun kapitanını almaq istəyir. A seriyası təmsilçisinin planı Messi ilə 2021-ci ilin yayında müqavilə imzalamaqdır. Argentinalı hücumçunun "Barsa" ilə hazırkı müqaviləsi məhz gələn ilin iyununda başa çatır.

Qeyd olunub ki, "İnter" sahibləri 33 yaşlı oyunçu üçün yüksək maaş ödəməyə hazırdırlar. Klubun Messiyə ilinə 50 milyon avro ödəməyə razı olduğu qeyd olunub. "İnter" hesab edir ki, onun komandaya gəlişi yeni sponsorların olmasına da şərait yaradacaq.

Qeyd edək ki, Messi La Liqada başa çatan mövsümdə 33 oyunda 25 qol vurub, 21 qolun ötürməsini verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR