Ronaldu satılmır

18-08-2020, 14:18 303 dəfə baxılıb

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.

Bu günlərdə portuqaliyalı futbolçu ilə yeni baş məşqçiləri Andrea Pirlo arasında telefon danışığı olub. Telefon zəngi zamanı futbolçunun Turin komandasındakı gələcək karyerası da müzakirə edilib. 41 yaşlı mütəxəssis Ronaldunu əmin edib ki, o, "Yuventus"un əsas oyunçularından biri olaraq qalacaq və klub onu satmaq niyyətində deyil.

Portuqaliyalının transferə çıxarıcağı barədə söhbətlərə önəm vermədiyi də bildirilib. Qeyd edilib ki, Pirlonun təyinatı onun ürəyincə olub.

Qeyd edək ki, İtaliya mediasında "Yuventus"un yüksək maaş alması səbəbindən Ronaldunu satmaq niyyətində olduğu iddia edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR