“Barselona” Messini satmamaqla səhv etdi” - Rivaldo

31-01-2021, 16:47 158 dəfə baxılıb

“Barselona” Messini satmamaqla səhv etdi” - Rivaldo"Barselona"nın əfsanəvi futbolçusu Rivaldo İspaniya klubunun hazırkı durumuna münasibət bildirib.

Braziliyalı sabiq yarımmüdafiəçi kapitan Lionel Messini ötən il satmadığı üçün rəhbərliyi tənqid edib.

Onun fikrincə, bu qərar kataloniyalılara baha başa gələcək: "Barselona" pandemiyadan əvvəl yaxşı maliyyə vəziyyətində deyildi. Keçən il durum daha da pisləşdi. Messinin "Barselona"dan qaçılmaz gedişinin qarşısını aldıqları üçün klub indi pul qazanmaqdan ötrü bir neçə vacib oyunçusu ilə yollarını ayırmalı olacaq. "Barselona" Messini satmamaqla səhv etdi. "Real" Ronaldonun satışından 100 milyon avro qazanmışdısa, "Barselona" da bunu edə bilərdi. Belə istedadlı və dəyərli oyunçunun başqa kluba pulsuz keçdiyini görmək kədərlidir".

Qeyd edək ki, "Barselona" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Messinin PSJ və ya "Mançester Siti"yə keçidi gözlənilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR