"Suares "Yuventus"a keçsə, daha yaxşı olar" - Kuman

3-02-2021, 14:37 211 dəfə baxılıb

"Suares "Yuventus"a keçsə, daha yaxşı olar" - Kuman"Barselona"nın baş məşqçisi Ronald Kuman Luis Suaresin "Atletiko"ya keçməsindən danışıb.

57 yaşlı mütəxəssis bunları deyib:

"Barselona"ya gələndə bu mövzuda fikirlərimiz olmuşdu və sonda qərar vermişdik. Əlbəttə ki, Suares İspaniya çempionatında çıxış etdiyi üçün "Atletiko"da yox, "Yuventus"da çıxış etsə daha yaxşı olar. Bunlar son dərəcə çətin qərarlardır. Amma futbolçuların fikirlərinə də hörmət etməliyik. Hələ də verdiyimiz qərarları dəstəkləyirəm".

Qeyd edək ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə sentyabr ayında 2 illik müqavilə imzalayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR