Zədələnən futbolçuya görə “Qalatasaray” böyük məbləğdə pul alacaq

10-03-2021, 10:09 218 dəfə baxılıb

Zədələnən futbolçuya görə “Qalatasaray” böyük məbləğdə pul alacaqFIFA "Qalatasaray"ın futbolçusu Kristian Luyindamanın Konqo Demokratik Respublikası millisinin heyətində zədələndiyinə görə kluba böyük məbləğdə ödəniş edəcək.

Bu barədə "Qalatasaray" klubundan məlumat verilib.

"FIFA Luyindamanın zədələnməsinə görə klubumuza 736 193 avro ödəyəcək", - deyə klubdan bildirilib.

Məbləğ FIFA-nın "Questgates" sığorta şirkəti tərəfindən təmin olunacaq.

 

Xatırladaq ki, futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində 18 noyabr 2019 Qambiya və Konqo Demokratik Respublikası arasında keçirilən qarşılaşma zamanı zədələnmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR