“Qızıl top”un ilk “10-luğu”: Siyahıda Messi yoxdur

9-10-2018, 14:19 452 dəfə baxılıb

“Qızıl top”un ilk “10-luğu”: Siyahıda Messi yoxdur



FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatına namizədlərin adlarını açıqlayıb.

Siyahıya ilk olaraq beş namizədin adı daxil edilib.

İlk “beşlik”də Serxio Aquero (“Mançester Siti”, Argentina), Qaret Beyl (“Real”, Uels), Kərim Benzema (“Real”; Fransa), Alison Beker (“Liverpul”, Braziliya), Edinson Kavani (PSJ, Uruqvay) yer alıb.

İkinci “beşlik”də Tibo Kurtua (“Real”, Belçika), Kriştianu Ronaldu (“Yuventus”, Portuqaliya), Kevin de Bröyne (“Mançester Siti”, Belçika), Roberto Firmino (“Liverpul”, Braziliya), Dieqo Qodin (“Atletiko”, Uruqvay) qərarlaşıb.

Mükafat uğrunda otuz futbolçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

“Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Təqdimetmə mərasimində ilk dəfə olaraq ən yaxşı gənc oyunçu və ən yaxşı qadın futbolçuya da mükafatlar təqdim ediləcək.

“France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştianu Ronaldu və Lionel Messi bu mükafatı hərəyə beş dəfə olmaqla, ən çox qazanan futbolçulardır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR