Neftlə bağlı PROQNOZ: Müştəri azalacaq, qiymət isə…

10-03-2020, 14:38 215 dəfə baxılıb

Neftlə bağlı PROQNOZ: Müştəri azalacaq, qiymət isə…


Neftin qiymətinin kəskin düşməsi yeni proqnozların meydana çıxmasına səbəb olub.

Cebhe.info xəbər verir ki, Beynəlxalq Energetika Agentliyi 2020-ci il üçün proqnozuna dəyişiklik edib. Bildirib ki, 2009-cu il böhranından sonra ilk dəfə dünyada neftə olan tələbat azalacaq.

"Covid-19 (koronavirus) Çinin hüdudlarından çıxıb. Bizim 2020-ci il üçün neftlə bağlı qlobal tələb proqnozumuz dəyişib. Proqnoz 1,1 milyon barel azaldılıb”, - deyə məlumatda bildirilir.

"2009-cu ildən ilk dəfə neftə olan tələbat gündə 90 min barel azalacaq”, - deyə proqnozda vurğulanır.

Agentliyin məlumatına görə, dünyada ən böyük neft idxalçısı olan Çində ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə tələb 1,8 milyon barel azalacaq. Dünya miqyasında isə bu rəqəm 2,5 milyon barel olacaq.

Xatırladaq ki, neftin hər bareli üçün qiymətin 20 dollara qədər ucuzlaşacağına dair də fikirlər var.
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR