2020-ci ildə Azərbaycanda neft hasilatı azalacaq - ABŞ-ın Energetika Nazirliyindən ilginc proqnoz

9-05-2019, 14:49 391 dəfə baxılıb

2020-ci ildə Azərbaycanda neft hasilatı azalacaq - ABŞ-ın Energetika Nazirliyindən ilginc proqnoz

ABŞ-ın Energetika Nazirliyinin proqnozlarına əsasən, Azərbaycan 2020-ci ildə orta hesabla gündə 0,77 mln. barel neft hasil edəcək.

ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2019-ci ilə Azərbaycan üzrə ortalama gündəlik neft hasilatı 0,80 mln. barel səviyyəsində proqnozlaşdırılıb. Ötən il bu göstərici 0,81 mln. barel səviyyəsində olub.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda gündəlik orta neft hasilatı təxminən 770 min barel təşkil edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR