Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana xanımın Azərbaycan xalqına təbriki

31-12-2015, 12:39 1701 dəfə baxılıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana xanımın Azərbaycan xalqına təbriki














Müstəqillik yollarında inamlı addımlar atan respublikamızın hər yerində sürətli inkişaf göz önündədir

Yola saldığımız hər bir il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olur. Budur, ömrümüzün daha bir ili - 2015-ci il Azərbaycanın müstəqillik tarixinin uğurlu və əlamətdar ili kimi çoxəsrlik tariximizə qovuşur.

Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız xalqımızın uzunmüddətli ayrılığına son qoyulduğu 31 dekabr tarixini - Milli Həmrəylik Gününü qeyd edirlər.

Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunmuşdur. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Dünya azərbaycanlılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq qeyd etmişdir ki, hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.

Azərbaycan Respublikasında son illər dünya miqyaslı beynəlxalq tədbirlərin, forumların, yarışların keçirilməsi gözəl ənənəyə çevrilmişdir. Birinci Avropa Oyunlarının Azərbaycanda dünyanı heyrətə salan möhtəşəm şəkildə keçirilməsi uzun müddət yaddaşlarda yaşayacaqdır.

Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Bayramınız mübarək olsun!


Əliyeva Nurlana,
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR