Gəlinin əmisi qayınatanı bıçaqladı, qayınananı döydü

4-10-2015, 12:57 667 dəfə baxılıb

Gəlinin əmisi qayınatanı bıçaqladı, qayınananı döydü

















Polis hadisə barədə məlumat verməkdən imtina edib

Neftçala rayonunda ailə münaqişəsi baş verib.

APA-a xəbər verir ki, hadisə Neftçalanın Şorkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Sabir oğlu Piriyev bıçaqlanıb, həyat yoldaşı Piriyeva Şərafət Qurban qızı isə döyülüb.

Onlara Salyan Rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Hadisənin Piriyevlərin gəlininin əmisi tərəfindən törədildiyi bildirilir.

Neftçala Rayon Polis Şöbəsindən hadisə barədə məlumat verməkdən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR