“Struktur islahatlarının davam etdirilməsinə ehtiyac var”

24-01-2019, 14:08 397 dəfə baxılıb

“Struktur islahatlarının davam etdirilməsinə ehtiyac var”


Son vaxtlar ölkə başçısının müvafiq göstərişinə uyğun olaraq bəzi dövlət qurumlarının ləğv edilməsi, bəzi qurumların isə birləşdirilməsi prosesi gedir. Məmurların xidməti avtomobilləri ilə bağlı da müəyyən ixtisarların aparılması gözlənilir.

Bəs bütün bu yeniliklər dövlət büdcəsinə əsaslı dərəcədə qənaət etməyə imkan verəcəkmi?

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov struktur islahatlarının bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirdi:

“Dövlət qurumlaırnın ləğvi təbii ki, büdcə vəsaitinə qənaət baxımından mühüm önəm kəsb edir. Bu baxımdan hesab edirəm ki, bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi dövlət büdcəsinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.

Hesab edirəm ki, struktur islahatlarının daha da genişləndirilməsinə ehtiyac var. Bu, daha çox büdcə vəsaitinə qənaət baxımından da əhəmiyyətlidir.

Məlum islahatlarda məqsəd büdcə vəsaitlərinə qənaət etməkdən daha çox, çevik idarəetmə sisteminin yaradılmasıdır. Bu baxımdan bir birini təkrarlayan qurumların ləğvi xüsusilə vacibdir. Bu prosesin davam etdirilməsinə ehtiyac var”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR