Oqtay Şirəliyev onu vəzifəsində çox saxlamadı... - FOTO

25-04-2019, 11:55 358 dəfə baxılıb

Oqtay Şirəliyev onu vəzifəsində çox saxlamadı... - FOTO

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev öz istəyi ilə vəzifəsindən gedib.

Bu barədə xəstəxanadakı mənbə məlumat verib. O, bu vəzifəyə səhiyyə naziri Oqtay Şirəliyevin ötən il oktyabrın 1-də imzaladığı əmrlə təyin olunmuşdu.

Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəridir.

Ülvi Mirzəyevin istefası Mərkəzi Neftçilər Xəstəxanasında ilk belə hadisə deyil. Ülvi Mirzəyevdən əvvəlki baş direktoru Hikmәt Hәsәnov da öz istəyi ilə işdən getmişdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR