Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR

16-07-2020, 20:33 390 dəfə baxılıb

Ermənistan ordusu Tovuz istiqamətində yol verdiyi təxribat zamanı Azərbaycan Ordusunun ciddi əks-zərbələri ilə üzləşiblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda ölkədəki hərbi tibbi müəssisələri – hospital və xəstəxanalar çoxsaylı yaralılarla doludur.

Bunun sübutu olaraq, baş nazir Nikol Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalını ziyarət etməsini misal çəkmək olar. Burada müalicə alan çoxsaqylı erməni hərbçilərini ziyarət edən Paşinyan bundan sonra, daha 2 başqa hərbi klinikada yaralı hərbçiləri ziyarət edib.

Yaralı sayının çoxluğu yaxın zamanalrda düşmən ordunun yeni itkiləri ilə bağlı məlumat yayacağından xəbər verir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR