Ermənilərin cəmi 1 YOLU QALDI: - Qarabağdan qaçmaq üçün...

5-11-2020, 11:48 290 dəfə baxılıb

Ermənistanı Dağlıq Qarabağla cəmi 3 yol birləşdirir.

Publika.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Dağlıq Qarabağdan çıxanlar 3-cü yoldan istifadə etməklə Ermənistana keçə bilər.

Qeyd edək ki, Ermənistanla Dağlıq Qarabağı birləşdirən yollardan ən əhəmiyyətlisi olan “Laçın dəhlizi” - İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolu ötən gün mülki şəxslərin istifadəsinə bağlanıb.

İkinci dəhliz funksiyasını daşıyan Sotk-Karvaçar, yəni İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi yolu isə 25 oktyabrda mülki şəxslərin keçidi üçün qadağan olunub.

Üçüncü dəhliz Vardenis-Ağdərə magistral yoludur ki, bu yol Kəlbəcərin mərkəzini Qeqarkunik vilayətinin Norabak kəndindən keçməklə İrəvan-Vardenis-Sotk-Ağdərə-Xankəndi şossesinə, yəni 2-ci dəhlizə birləşdirir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR