"Xankəndi-Yerevan yolundakı körpü tam dağılmayıb" - TƏFƏRRÜAT

8-10-2020, 12:29 377 dəfə baxılıb

“Ermənistandan Qarabağa aparan iki yol var. Sevan (Göyçə) gölünün sahilindən keçən şimal yolu Azərbaycanın nəzarətində olan ərazilərə çox yaxındır, odur ki, döyüşlərin ilk günündən bağlıdır”.

KONKRET.az xəbər verir ki, bunu BBC-nin işğal altında olan Qarabağ gedən müxbirləri bildirib.

İlya Barabanov və Marina Katayeva qeyd ediblər ki, axşam körpüdən keçid dayandırılıb:

“25 il əvvəl bu yerlərdə müharibə qurtarandan sonra “Laçın dəhlizi” Stepanakertlə (Xankəndi) Yerevanı birləşdirən əsas yol hissəsi olub.

Bazar günü səhər Xankəndi istiqamətində bu körpüdən keçə bildik, axşam isə onun üzərindən hərəkət dayandırılmışdı, çayı artıq dayaz yerindən keçməli olduq. Yeni müvəqqəti yoldan maşınla keçmək asan olsun deyə fəhlələr çınqıl səpirdilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR