Hərbi jurnalistlər harada hazırlanmalıdır: Hərbi məktəbdə, yoxsa jurnalistika fakültəsində?

12-12-2018, 13:54 756 dəfə baxılıb

Hərbi jurnalistlər harada hazırlanmalıdır: Hərbi məktəbdə, yoxsa jurnalistika fakültəsində?


Son vaxtlar peşəkar hərbi jurnalistlərin hazırlanması ilə bağlı müxtəlif təkliflər səslənməkdədir. Bu təkliflərdən biri də hərbi jurnalistlərin universitetlərimizdəki jurnalistika fakültələrində hazırlanması ilə bağlıdır.

Moderator.az-a açıqlamasında məlum təkliflərə münasibət bildirən hərbi ekspert Azad İsazadə, sovet dönəmində hərbi jurnalistlərin hərbi məktəblərdə hazırlanması faktına diqqət çəkdi:

“Bu, mürəkkəb bir sualdır. Məsələ bundadır ki, hər bir mətbu orqanın hərbi sahədən yazan jurnalisti olmalıdır. Hansı ki, Müdafiə Nazirliyinin mətbuat xidməti ilə sıx işləsin, nazirlik onlara seminarlar keçsin, açıqlamalar versin və s. Sözsüz ki, jurnalistika fakültələrində hərbi jurnalist hazırlamaq təklifi də pis ideya deyil. Lakin bu şəxslərin kimlər tərəfindən necə hazırlanması müəyyən suallar doğurur.

Sovet dönəmində hərbi jurnalistika hərbi məktəbin tərkibində idi. Hərbi jurnalistləri Lvovdakı hərbi məktəbdə hazırlayırdılar. Onları zabit kimi hazırlayıb orduya göndərirdilər.

Hərbi jurnalist deyəndə nəyi nəzərdə tuturuq. Əgər hərbi jurnalistlərin rütbəsi olacaqsa, yəqin ki, adi jurnalistika fakültələrində onları hazırlamaq düzgün olmaz. Onları zabit kimi hərbi məktəb hazırlamalıdır. Yox əgər söhbət hərbi mövzudan yazan jurnalsitlərin hazırlanmasından gedirsə, o zaman bunları jurnalistika fakültəsində hazırlamaq olar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR