"MTN qurbanı"na 9 İL HƏBS TƏLƏBİ

28-02-2019, 23:30 315 dəfə baxılıb

"MTN qurbanı"na 9 İL HƏBS TƏLƏBİ


Dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə prokuror çıxış edərək Z.Əzimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 6-da davam edəcək.

Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

Məlum olub ki, Zaur Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Zaur Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.

Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyini vəd edib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb

Onu da qeyd edək ki, Zaur Əzimov “MTN işi”ndə zərərçəkmiş kimi də tanınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR