Kəmaləddin Heydərov təlaş içində: KOMANDASINI DƏYİŞİR

2-11-2015, 13:24 837 dəfə baxılıb

Kəmaləddin Heydərov təlaş içində: KOMANDASINI DƏYİŞİR













Qəzənfər Ağayevlə Süleyman Mikayılov sərəncam gözləyirlər

Azərbaycan hakimiyyətində təmsil olunan ən güclü oliqarx-nazirlərdən biri, hazırda FHN-ə rəhbərlik edən Kəmaləddin Heydərovun MTN olaylarından sonra gözü qorxmağa başlayıb. Redaksiyamıza çatan məlumata görə, nazir bununla bağlı qəti tapşırıqlar verib və təxirəsalınmaz tədbirlər görülməsini istəyib.

Məlumatda vurğulanır ki, Heydərovu narahat edən əsas məsələ tabeçiliyində və ya təsiri altında olan icra başçılarının sabiq MTN şefi ilə əlaqəlir ola biləcəkləridir. FHN şefi düşünür ki, əgər belə bir əlaqə ortaya çıxarsa, proses onun da rəhbəri olduğu nazirliyə sıçrayacaq.

Redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, Kəmaləddin Heydərovun dəyişmək istədiyi komanda üzvlərinin əksəriyyəti icra başçılarıdır. Bununla bağlı iddia edilir ki, ən çox təhlükə gözləyən iki rayon rəhbəri var. Onlardan biri Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov və Astaranın icra başçısı Qəzənfər Ağayevdir.

Məlumatlı mənbənin sözlərinə görə, istər Mikayılov, istərsə də Ağayev faktiki olaraq işə çıxsalar da, dövlət başçısının işdən çıxarmaqla bağlı sərəncamlarını gözləyirlər. Mənbə israrlarımıza baxmayaraq, hər iki başçısının sabiq MTN şefi ilə əlaqəli olduqlarına görə, tədirgin düşdükləri heç bir məlumat vermədi.

Qeyd edək ki, Astaranın icra başçısı Qəzənfər Ağayevi yerində tapmaq çətin məsələdir. Onun mütəmadi olaraq Bakıda olduğu və rayonu da bir çox hallarda uzaqdan idarə etdiyi deyilir.

Süleyman Mikayılova gəldikdə isə onun vəziyyəti hələ Avropa Yay Oyunları ərəfəsində çətin idi. Redaksiyamıza verilən məlumata görə, idman yarışları üçün xərclənən pullarla bağlı Qaradağın icra başçısının başının ağrıyacatı gözləyirdi.

Qarşı tərəfir də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR