Şamaxı Humanitar Kollecinin direktoru Əli Kərimlinin adamı çıxdı – ÖZƏL

22-05-2016, 13:19 987 dəfə baxılıb

Şamaxı Humanitar Kollecinin direktoru Əli Kərimlinin adamı çıxdı – ÖZƏL












Rauf Əliyev təhsil müəssisəsindən qazandığı vəsaitlərlə rayonda hektarlarla torpaq sahəsinə sahiblənib 22 ildir eyni vəzifəni daşıyan bu şəxsi əvəz edə biləcək kimsə yoxdur? Azərbaycanın təhsil sistemində yaşanan biabırçılıqlar artıq bütün əndazələri aşaraq daha dəhşətli vəziyyətin yaranmasına səbəb olub. Ötən dönəmlərdə orta ixtisas təhsili sektorunda mövcud olan bəzi problemlər bu gün də aktuallığını qoruyub saxlayır. Gundelik-baku.com-a Şamaxı Humanitar Kollecində yaşanan acınacaqlı durumla bağlı maraqlı məlumatlar daxil olub. Mətləbə keçid almazdan öncə isə vurğulamaq istəyirik ki, kollecdə fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); informatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); təsviri incəsənət müəllimliyi; ibtidai sinif müəllimliyi; məktəbəqədər təlim və tərbiyə; hüquq mühafizə fəaliyyəti; kitabxana-informasiya təminatı; instrumental ifaçılıq (alətlər üzrə); xanəndəlik; musiqi nəzəriyyəsi; xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları üzrə tədris aparılır. Məlumatlı mənbələr bildirir ki, direktor Rauf Əliyev burda elə idarəçilik yaradıb ki, nə müəllimlərin, nə də tələbələrin ürəyincədir: «Əvvəlcə onu demək lazımdır ki, kollecin direktoru fəal cəbhəçi olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə cəbhə rəhbərliyi tərəfindən kollec rəhbərliyinə gətirilməsi bunun əsas sübutudur. Tələbələrin tədris prosesi dövründə əyani təhsil formasından qiyabi təhsilə və əksinə qiyabi təhsildən əyaniyə kecirilməsi, imtahan sessiyası və dövlət imtahanlarının verilməsi müəyyən maraqların təmin olunmasının müqabilində mümkündür. Kollecdə 1500-ə yaxın tələbə təhsil alır. Qış imtahan sessiyasında imtahanların birinə görə tələbələrdən 50 manat yığmışdılar. Yay imtahanları üçün qiymətin 70 manata kimi artırılacağı gözlənilir. Artıq indidən müəllimlər bununla bağlı olaraq tələbələrə söz eşitdirirlər. Kollecdə istehsalat təcrübəsi 100-150 manat, aylığa buraxılma müqabilində alınan «şirinlik» 200-300 manat, dövlət imtahanlarının yola verilməsi isə 300-400 manat arasında dəyişir. Şamaxı Humanitar Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Rauf müəllimin həmçinin davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 400 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat dəyərində müəyyənləşdirilib. Direktorun tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri bir müddət öncə tələbələrə xəbərdarlıq ediblər. İmtahanlardan keçmək üçün lazım olan pulun həcmini də deyiblər. Kim tələb olunanı verməsə müxtəlif yollarla təzyiqlərə məruz qalacaq». Məlumatda deyilir ki, Rauf Əliyev kollecdən əldə etdiyi gəlirlə özünə yaxşı şərait qura bilib. Deyilənə görə, onun Şamaxının bir necə səfalı yerində hektarlarla torpağı var: «Real bazar qiymətləri hər sot ücün 2500-5000 manat arasında dəyişən həmin torpaqlar təbii ki, onun öz adına deyil yaxınlarının adına sənədləşdirilib. Çünki direktor cox gözəl başa düşür ki, yüz minlərlə qiyməti olan torpaq sahələri və digər var-dövlət barədə nə vaxtsa ondan hesab sorula bilər. Bu səbəbdən də bir keçmiş kommunist kimi işini etibarlı tutur». Kollec direktorunun adı həmçinin bir neçə il öncə baş vermiş tələbənin ölümündə də hallandırılıb. Bu barədə isə növbəti yazımızda müfəssəl məlumat verəcəyik. Bizi izləməyə davam edin. İnanırıq ki, təhsil naziri Mikayıl Cabbarov və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi yazılanları dərhal araşdırıb direktorun barəsində lazım olan tədbirləri görəcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq. P.S. Qeyd edək ki, Rauf Əliyev 1994-cü ildən Şamaxı Humanitar Kollecinin direktorudur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR