Separatçı erməni rejimi “diplomatik xidmət haqda” “qanun” qəbul etdi -Bizim diplomatiya nə edəcək?..

3-12-2018, 11:15 432 dəfə baxılıb

Separatçı erməni rejimi “diplomatik xidmət haqda” “qanun” qəbul etdi -Bizim diplomatiya nə edəcək?..

Xankəndindəki separatçı-terrorçu rejiminin “parlament”i hesab edilən qurum “diplomatik xidmət haqqında” qanun qəbul edib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Rejimin “xarici işlər naziri” adlanan Masis Mailyan ad-soyadlı məxluq bildirib ki, “qanun” “diplomatik xidmət”in fəaliyyətini tənzimləyəcək...



P.S. Əgər belə bir qanunsuz “qanun” qəbul edilirsə, deməli, separatçı erməni rejiminin xaricdə qeyri-qanuni fəaliyyət göstərən “diplomatik xidməti” də fəaliyyət göstərir. Bunu, ən azı, oyuncaq separatçı rəhbər Bako Saakyanın ardıcıl olaraq ABŞ, Rusiya, Fransa kimi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfərlərinin təşkilində görmək mümkündür. Bəs bunun qarşılığında Azərbaycan diplomatiyası nə iş görür? Saakyanın səfərlərinin qarşısını almağa gücümüz yetmirsə, heç olmasa, az qala, bütün Rusiyanı, MDB-ni, bəzi Avropa və Cənubi Amerika ölkələrini, ABŞ-ı bürümüş və separatçı rejimin həmin ölkələrin sakinləri üçün vizual olaraq tanınmasına xidmət edən “Artsax” brendli müxtəlif məhsulları, küçə, mehmanxana, market, restoran, kafe, turizm şirkətləri və s. adlarının yayılmasının qarşısını alaq...



“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun “Diplomatik xidmət orqanlarının vəzifələri" bölməsinin 3.1.4-cü maddəsində deyilir:



“Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının, onun siyasi, iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması...”



Məgər ərazimizdəki separatçı qurumun “adı”nın hər hansı bir xarici ölkədə hansısa bir obyektə verilməsi, həmin adda məhsul satılması və s. Azərbaycan Respublikasının siyasi maraqlarına, ərazi bütövlüyü prinsiplərinə və s. zidd deyil?..


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR