Ağcabədi rayonunda icra başçısının şok fırıldağı

14-09-2015, 13:28 1130 dəfə baxılıb

Ağcabədi rayonunda icra başçısının şok fırıldağı












Ağcabədi rayonu aşağı Afşar kənd sakini Nizami Nərimanov redaksiyamızın elektron ünvanına şikayət məktubu göndərib. Məktubu olduğu kimi dəyərli oxucularımızın diqqətinə təqdim edirik

Nizami Nərimanov öz məktubunda yazır: “Bu ilin sentyabr ayının 2-də Sözçü qəzetində Səlim Müslümovun fiaskosu adında məqalə dərc olunub. Bu yazıda qeyd edilmişdir ki,keçmiş nazir Füzuli Ələkbərovdan sonra Ağcabədi əhalinin sosial müdafiəsi və inkişafı mərkəzində vəziyyət olduqca pisləşmişdir. Yəni keçmiş nazirin dövründə həmin idarədən fırıldaq və korrupsiya əməllərinə görə vurulan Əbülfət Qasımov Səlim Müslümov nazir təyin edilən kimi geri öz yerinə bərpa olunmuşdur. Hazırki müdir Əbülfət Qasımovun qanunsuz əməlləri bitib-tükənmir. Belə ki,aşağı Afşar kənd sakinləri hazırda Rusiyanın Moskva şəhərində biznes ilə məşğul olan və oranın qeydiyyatında olan Cəfərov Kamil Rəşid oğlunun, Əliyev Elşən Əhliman oğlunun, hər ikisinin olduqca dəbdəbəli villaları, kamazları və dəyəri 100 mindən artıq olan cip avtomabilləri var. Bir sözlə biznesmendirlər. Bu adamlar hazırda Moskvada yaşayırlar. Ümimiyyətlə, Əbülfət Qasımov Rusiyada yaşayan xeyli sayda şəxslərin adına ünvanlı sosial yardım yazaraq mənimsəyir. Bundan əlavə yuxarı Afşar kənd sakinləri Həsənəliyev İlqar Qurban oğlu, Hüseynov Dəyanət Məhəmməd oğlu, Qaradolaq kəndindən Əliyev Hikmət Maarif oğlu, Cəfərov Samir Rafik oğlu-bu adamlar Rusiyada yaşayan şəxslərdir. Bu yaxınlarda avqust ayının sonlarında Ağcabədi rayon icra hakimiyyətinin birinci müavini Rövşən Əhmədovun qardaşı oğlu Pərviz Əhmədov kənd və rayon camaatından ayrı-ayrı adlar altında 250. 000 min manat pulu alıb xaricə, bilinməyən istiqamətə qaçdı. Yəni Ağcabədidə qanun deyilən şey yoxdur. Ağcabədi rayon maliyyə idarəsinin keçmiş müdiri Xosrov Nəsirov otuz ildən artıq idi ki, bu sahədə çalışırdı. Bir neçə nazir və 10-dan artıq icra başçısı ilə işləyib. Olduqca vicdanlı adam idi. Ancaq çox təəssüf ki,icra başçısı və nazir Samir Şərifov onu maliyyə pozğunluğuna sövq etdilər və sonra yoxlama keçirib onu işdən azad etdilər. Keçmiş müdir Xosrov Nəsirovu nə cür maliyyə saxtakarlığına sövq edirdilər? Deməli, dövlət başçısının abadlıq və sosial obyektlərin tikilişi üçün ayırdığı maliyyə vəsaitləri başqa üsullarla mənimsənilirdi. Axırda zərbə Xosrov Nəsirova dəydi. Hazırda bizim aşağı Afşar kəndinin icra nümayəndəliyi dəlləkxanada yerləşir. Bəli, nümayəndə dəlləkxananın sahibinə aylıq kirayə haqqı verir. Kəndimizdə bir dənə də olsun sosial obyekt yoxdur. Bu vaxtadək rayon üçün ayrılan vəsaitlər icra başçısı tərəfindən mənimsənilib. Bu günlərdə məlum oldu ki,icra başçısı Şahin Məmmədov yeni fırıldaqlara əl atmaq istəyir. Hazırda başçı Əbülfət Qasımov üçün maliyyə nazirliyinə təqdimat yazıb və istəyir ki,onu rayon maliyyə idarəsinə müdir təyin elətdirsin. Hansı ki,Əbülfət Qasımov hazırda işlədiyi idarəni açıq bazara döndərib. Belə bir insana rayonun maliyyə idarəsini tapşırıb etibar etmək intihara bənzəyir. Hər kəs bilir ki, icra başçısı da,ətrafına topladıqları kadrları da fırıldaqçı və məşhur dələduzlardan ibarətdir. Əbülfət Qasımov isə daha bacarıqlı dələduz olduğu üçün bu dəfə Şahin Məmmədov onu maliyyə idarəsinə müdir təyin etdirməklə rayon üçün gələcəkdə ayrılacaq pulları da həzm-rabedən keçirmək planını qurub. Mənim oğlum 2013 cü-ildə ali təhsilini bitirib hərbi xidmətə getdi. Oğlüm hərbi xidmətdən 2014 cü-ildə qayıtdı və iş üçün rayon məşğulluq mərkəzinə ərizə ilə müraciət edib. Artıq ildən çoxdur ki,işlə bağlı bir xəbər yoxdur. Oğlumun iş məsələsi ilə bağlı biz dəfələrlə rayon icra hakimiyyətində, icra nümayəndəliyində olmuşuq, ancaq iş verilmir. Yaşadığımız aşağı Afşar kəndinin icra nümayəndəliyində mühasib yeri boş idi. Kəndimizdə oğlumdan başqa 50-60 nəfər ali təhsilli gənclər var. Onlar da müraciət ediblər. Şahin Məmmədov başqa bir ərazidə elə həmin vəzifədə işləyənin birisini yarım ştat kəndimizə mühasib təyin edib. Bu balaca padşahın kəndimizə və gənclərinə qarşı sərgilədiyi qəzəbdir. Ona görə ki, bizlər mütəmadi olaraq Şahin Məmmədovun qanunsuz və korrupsiya əməllərini kiv-də işıqlandırır, eyni zamanda dövlətin ayrı-ayrı orqanlarına yazılı şəkildə göndəririk. Ona görə də Şahin Məmmədov bizlərə qarşı belə aqressivsir. İndi də Şahin Məmmədov Səlim Müslümovun kadrını Samir Şərifova hədiyyə etmək istəyir. Çünki Əbülfət Qasımov kimi dələduz ona çox lazımlıdır. Əbülfət Qasımovun qardaşı Samədin Qasımova icra başçısı aşağı Afşar kəndi ərazisində yerləşən 33 dd. 9 1 kanalından yüz metr ərazini torpaqla doldurmaqla üzərində ticarət obyekti tikmək üçün yer verib. Hazırda həmin ərazidə tikinti gedir. Həmin ərazi şor kanalı adlanır. Baxın, bu adamlar üçün dövlət, dövlətçilik deyil, əsas olan pul,mal-mülkdür. Biz xahiş edirik, bu məsələni həm maliyyə naziri, həm də dövlətin digər orqanları nəzarətə götürsünlər. Çünki belə adamlara dövlətin malın, pulun, mülkün etibar etmək olmaz”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR