TQDK ləğv olunur, Məleykə Abbaszadə havada…

22-09-2015, 14:03 984 dəfə baxılıb

TQDK ləğv olunur, Məleykə Abbaszadə havada…














Təhsil sektorunda şok islahatlar, TQDK nazirliyin tabeciliyinə veriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə xitam verilir. Bunu “Unikal” qəzetinə hökumət daxilindəki mənbə deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda təhsil sektorunda ciddi islahatlara start veriləcək. Həmin islahat dalğasının qurbanı isə TQDK sədri Məleykə Abbaszadə olacaq: “Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv ediləcəyi qətiləşdirilib. Adıçəkilən qurumun səlahiyyətləri isə Təhsil Nazirliyinə veriləcək. Bununla da TQDK sədri Məleykə Abbaszadə faktiki olaraq işsiz qalacaq”.
Baş verənləri hökumətdə növbəti struktur dəyişikliyi kimi dəyərləndirən mənbəmiz bunu indiyə qədər aparılmış anoloji islahatların davamı saydığını bildirir: “Bir-birini qismən və tamamilə təkrarlayan nazirlik, komitə, idarə və digər dövlət təşkilatlarının birləşdirilməsi bundan öncə də reallaşıb. Məlumdur ki, artıq Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunub və səlahiyyətləri iki dövlət strukturu arasında bölüşdürülüb. Ardınca “Azərenerji” SC və “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradıldı. İndi isə növbə TQDK-ya çatıb və qurumun Təhsil Nazirliyinin sərəncamına verilməsinə də məhz bu aspektdən yanaşmaq lazımdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR