Ağcabədi Regional Mədəniyyət İdarəsində şübhəli tenderlər

1-05-2020, 11:55 274 dəfə baxılıb

Ağcabədi Regional Mədəniyyət İdarəsində şübhəli tenderlərAğcabədidə 73 kitabxana, 20 mədəniyyət evi, 22 klub, 1 tarix-diyarşünaslıq muzeyi, Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, 1 incəsənət məktəbi, 8 uşaq musiqi məktəbi fəaliyyət göstərir.
Ancaq mədəniyyət klubları, kitabxanalar baxımsızlıqdan xəritədən silinir.
Azerinfo.tv-yə verilən məlumata görə dövlət mədəniyyət və turizm obyektlərinin təmiri və bərpası ilə əlaqədar tender elan edir və büdcədən xeyli vəsait ayırır.
Bəs bu vəsaitlər hara gedir?
Məsələ ondadır ki tenderlərdə Ağcabədi Regional Mədəniyyət İdarəsi rəisi Rza Quliyevə yaxən olan şirkətlər qəlləbə çalır.
Bu şirkətlərin işi sadəcə kənd mədəniyyət evlərini və klublarını rəngləməkdən ibarətir.Bu yolla küllü-miqdarda dövlət vəsaiti sillinir.
Müxtəlif saytlarda yayılmış xəbərlərdə bildirilir ki, mədəniyyət klubları, kitabxanaların işçiləri arasında “ölü can”lar saxlanır. Onlar R.Quliyevin gəlir mənbələridir.
Mədəniyyət abidələrinin təmiri, məktəblilərin muzeylərdə gəzintisi, sərgilərin təşkili, müxtəlif tədbirlər adı altında mmənimsəmələr reallaşdırılır.
Növbəti saylarımızda İqtisadi İnkişaf nazirliyinin reyestr məlumatlarına əsasən Ağcabədi Regional Mədəniyyət İdarəsinin dövlət satın almaları barədə araşdırma yazımızı təqdim edəcəyik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR