İcra başçısı: Ermənilərin təxribatı nəticəsində mülki əhalidən 1 nəfər ölüb

6-04-2016, 11:23 677 dəfə baxılıb

İcra başçısı: Ermənilərin təxribatı nəticəsində mülki əhalidən 1 nəfər ölüb















Daha 7 nəfər yaralanıb

Aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 nəfər mülki şəxs həlak olub.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısının sözlərinə görə, həmin şəxs ermənilərin atdığı mərminin məscidə düşməsi nəticəsində həlak olub: "Mərmi rayonun Əhmədağalılar kəndindəki məscidə düşüb və orada olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Erməni təxribatı nəticəsində Ağdam rayonundan 7 mülki şəxs isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR