İcra başçısının oğlu məmura 20 min manat "atdı" - ŞOK OLAY

2-01-2016, 10:15 996 dəfə baxılıb

İcra başçısının oğlu məmura 20 min manat "atdı" - ŞOK OLAY

















Mediada Ağdam İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun oğlu Sənən Məmmədzadənin bir nəfərdən 30 min manat pul alıb qaytarmaması barədə xəbərlər yayıldı

Ölkə.Az həmin məlumatı araşdıraraq məsələnin tam təfərrüatını öyrənib.

Əldə etdiyimiz məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayon sakini Qəmbər Abdullayevi 2015-ci ilin yanvar ayında Ağdam İcra Hakimiyyətinin Bakı şəhər üzrə səlahiyyətli nümayəndəsi təyin edib. Fevral ayında isə Raqub Məmmədovun oğlu Sənan Məmmədzadə Qəmbər Abdullayevdən 20 min manat borca pul istəyib. Borcunu bir ay sonra qaytaracağını deyən icra başçısının oğlu pulun ona maşın almaq üçün lazım olduğunu bildirib.

20 min manatı Sənan Məmmədzadəyə verən Qəmbər Abdullayev bir ay sonra pulunu geri istəyəndə o, hələ pulu düzəldə bilmədiyini bildirib. Özünün dediyinə görə, pulu geri istəyəndən sonra Qəmbər Abdullayevin işində problemlər yaranmağa başlayıb.

Bu hadisədən sonra Ağdam Rayon İcra Hakimiyyətinin Ümumi Şöbəsinin rəisi Ramiz Qədirov öz yeznəsini Kəngərli kəndi üzrə ərazi nümayəndəsinin müavini təyin etdirir. Aradan qısa bir müddət keçdikdən sonra isə Ramiz Qədirov rayon rəhbərliyi tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinin Bakı şəhər üzrə nümayəndəliyinin qərargahına göndərilir ki, orada Qəmbər Abdullayevi əvəz etsin. Artıq "torbasının tikildiyini" hiss edən Qəmbər Abdullayev məsələ ilə bağlı yuxarı instansiyalara məlumat vermək qərarına gəlir. Son dəfə də Raqub Məmmədovun oğlu Sənan Məmmədzadəyə verdiyi 20 min manatı geri almağa cəhd edən Abdullayev bu dəfə konkret rədd cavabı alır. Onun sözlərinə görə, Sənan Məmmədzadə ona "get əlini hara qəlbidir, ora qoy!" deyir.

Əldə etdiyimiz məlumata görə, Ağdam rayon icra başçısı Raqub Məmmədovla ümumi şöbənin rəisi Ramiz Qədirovu sıx bağlar bağlayır. Belə ki, çoxdan Ağdam Rayon İcra Hakimiyyətində çalışan Qədirov əvvəlki başçı Nizami Sadıqovun vəzifədən getməsində və Raqub Məmmədovun vəzifəyə gəlməsində həlledici rol oynamış şəxsdir. Rayondakı etibarlı mənbə bildirir ki, məhz Ramiz Qədirov Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqovun səs yazılarını və videolarını kompromat şəklində Raqub Məmmədova ötürüb. Xatırladırıq ki, bu səs yazılarının və videonun mediada yayılmasından qısa bir müddət sonra Nizami Sadıqov vəzifəsindən kənarlaşdırılmışdı.

Qəmbər Abdullayevin dediyinə görə o, başına gələn bu dələduzluq hadisəsi ilə bağlı Baş Prokurorluğa və Prezident Aparatına şikayət ərizəsi ilə müraciət edib.

Mövzuya qayıdacağıq...


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR