“Çukur” koronavirusa MEYDAN OXUDU

21-04-2020, 15:15 221 dəfə baxılıb



Epidemiya səbəbiylə çəkilişləri dayandırılan "Çukur” serialı aktyorların evində çəkdiyi bölümü ilə ekranlara qayıdacaq.

Türkiyə mətbuatı xəbər verir ki, serialın yeni özəl bölümü bu gün yayımlanacaq. Məlum olub ki, hər bölümü yüksək reytinqlər qazanan serialın aktyorları yeni bölümü evdə çəkməyə qərar verib.

Qeyd edək ki, karantindən dolayı çəkilişlərə fasilə verildiyi üçün aktyor heyəti yutub kanalında canlı yayım açaraq pərəstişkarları ilə görüşmüşdü. Ulduzların söhbət etdikləri və aralarında oyun oynadığı video ümumilikdə 5 milyon baxışı keçib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR