"Yazdıqlarım mənim instaqram dostlarıma aid deyil, əsla!"

1-06-2021, 17:50 184 dəfə baxılıb

"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. Asılı olmadım, amma artıq işimin bir parçasına çevrildiyi üçün zamanla ayaqlaşdım. 15-20 il öncə tamaşaçılar bizi yalnız TV ekranlarında görürdülər, şərhlərin yazılması üçün tribuna yox idi. Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm”.

"Qafqazinfo” xəbər verir ki, bu fikirləri Xalq artisti Zülfiyyə Xanbabayeva rəsmi instaqram hesabında yazıb.

Xanbabayeva qeyd edib ki, sənətçilərin həyatı şəkillərdəki kimi gözqamaşdıran deyil:

"Bu yazdıqlarımı təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, "Nə edim? Necə edim?”, - deyə düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu, bizim işimizdir. Ən xoşbəxt və ya ən kədərli anlarınızda mahnılarımızla sizə həmdəm olmağımız da bizim işimizdir.

Əlbəttə, səhvlərimiz də olur, heyif ki, göz qabağında olduğumuzdan o səhvlər bağışlanmır! Sizin dəstəyinizi ummağımız məncə, çox təbiidir.

Yazdıqlarım mənim instaqram dostlarıma aid deyil, əsla! Hamı sizin qədər sevgi paylaşmır. Sadəcə sosial şəbəkələrdəki ab-havanı müşahidə edib sizinlə dərdləşdim. Ürəyimdən gəldi”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR