Məşhur aktrisa evlənir
Türkiyənin məşhur aktrisası Hazal Kaya 5 illik sevgilisi Ali Ataya ərə gedir.
Qısa müddət bundan əvvəl nişanlanan cütlüyün toy tarixi müəyyənləşib.
Məlum olub ki, 28 yaşlı aktrisa ilə 42 yaşlı aktyorun nikahı fevralın 4-də baş tutacaq. Nikahda Ali və Hazalın yaxın dostları, kino və şou dünyasının tanınmış simaları iştirak edəcək.
Qeyd edək ki, ötən il cütlüyün yay aylarında evlənməsi barədə xəbər yayılmışdı.