Məşhur cütlüyün 6 illik evliliyi 10 dəqiqəyə BİTDİ

12-09-2018, 11:40 557 dəfə baxılıb

Məşhur cütlüyün 6 illik evliliyi 10 dəqiqəyə BİTDİ


Əmlakın müsadirə olunması ilə gündəmdən düşməyən Demet Akalın ərindən boşanıb.

Beykozdakı 4 mərtəbəli 5 milyon dollarlıq villalarına əmlakın müsadirə olunması qərarı qoyulan Demet Akalın həyat yoldaşı Okan Kurtdan boşanıb. Ulduz cütlük bu gün məhkəmədə üz-üzə gəlib. Razılaşdırılmış şəkildə boşanan cütlüyün məhkəmə iclası 10 dəqiqə davam edib. Onlar bir-birindən təzminat və ya aliment tələb etməyib. Məhkəmə qızları Hiranın vəkalətnaməsini anası Demet Akalına verib.

Boşanma məhkəməsi bitdikdən sonra Okan Kurt jurnalistlərə verdiyi açıqlamada "Boşanmağı ilk mən tələb etmədim” , - deyə açıqlama verib.

Qeyd edək ki, son illər O.Kurtun ailə şirkəti "Martaş Lojistik"in 150 milyon türk lirəsi borcu yaranıb. Borc ödənmədiyi üçün onun əmlakı müsadirə edilib. Hətta bu günlərdə cütlüyün Beykozda yerləşən evlərindəki əşyalar müsadirə olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR