Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir

15-03-2023, 16:03 147 dəfə baxılıb

Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bir qrup Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.
Görüşdə iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.
Görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib.
Qeyd edək ki, AHİK sədri bundan öncə də belə görüşlər təşkil edib, şəhid ailələrinin, qazilərin, veteranların qayğıları ilə maraqlanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR