44 günlük vətən müharibəsində iştirak edən Vəliyev Allahverdidən ŞİKAYƏT
29-03-2023, 13:56
159 dəfə baxılıb
5 gün öncə bizim kanalımızın qaynar xəttinə zəng edən Saatlı rayon Qaranur kənd sakini 44 günlük vətən müharibəsində iştirak edən Vəliyev Allahverdi Feruz oğlu zəng vuraraq, bizi yaşadığı kəndə dəvət etmişdi. Biz onu çəkiliş edərək, işiqlandırmağı borc bildik. O, öz şikayətiylə bağlı ölkə Başçısına müraciət edib. Onları öz dilindən eşidəcəksiz:
Biz Qaranur kəndinə gedərkən Saatlı rayon icra hakimiyəti ilə əlaqə saxladıq. Biz orda çəkilişdə olduq, bizimlə bərabər kənd icra nümayəndəsi Həmid Qasımov və Qaranur kənd bələdiyyə sədri Kamil Müəllim çəkiliş zamanı bizə bildirdi ki, bizdə olan torpaqların məndən öncə işləyən bələdiyyə sədri uzun müdətli icarəyə verib, mən onları məhkəməyə vermişəm, qanun ilə onlardan torpaq almaq səlahiyyətim çatmır. Bu işlə bağlı ancaq məhkəmə qərar verə bilər. Mən ancaq burdan 12 sot həyətyani torpaq verə bilərəm və yolun kənarından obyekt yeri verə bilərəm və dövlətin mənim ailəmə məxsus pay torpağından 1 hektar torpaq bağışlaya bilərəm çünki o vətənimizin ağır günündə üç Rayonun azad edilməsində iştirak etmişdi. Bizim hamımızın borcudur ki, onlara xidmət etmək. Veteran Allahverdi və atası razılaşmadı və 5 hektar Torpaq isdəyir. Allahverdi deyir ki, mənim ailə vəziyyətim yaxşı deyil, gündəlik işlərdən məşğul oluram, ailəmi dolandırmaq üçün ehtiyacım var .