Milyarderin TV-sindən Saakaşviliyə hörmətsizlik – Video

2-11-2015, 14:02 626 dəfə baxılıb

Milyarderin TV-sindən Saakaşviliyə hörmətsizlik – Video












Mən bundan öncə də demişəm ki, oliqarxlar həbs edilməlidir

Bunu Odessa qubernatoru Mixail Saakaşvili yəhudi milyarder İqor Kolomoyskiyə məxsus “1+1” telekanalında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, artıq Ukraynanın oliqarxlarla vidalaşmaq vaxtı çatıb:
“Mən bundan öncə də onların necə pul oğurlaması ilə bağlı konkret faktlar göstərmişdim. Bu insanlar Ukraynanı talayırlar. Axı onlarda bu qədər pul haradandır? Korban, Kolomoyski, İvançuk, Martınenko və digərlərnin artıq qarşısını almaq lazımdır. Həm prezident, həm də baş nazirin komandasında olan bütün oğrular həbsxanada oturmalıdırlar. Ölkəyə artıq nizam gəlməlidir”.
Qeyd edək ki, Saakaşvilinin çıxışı kanal tərəfindən yarımçıq kəsilib.
Dünən İqor Kolomoyskinin ən yaxın adamlarından hesab edilən, UKROP Partiyasının rəhbəri Gennadi Korban Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR