Beton hasar Saakaşvili üçün maneə deyil - VİDEO

21-07-2015, 12:16 842 dəfə baxılıb

Beton hasar Saakaşvili üçün maneə deyil - VİDEO
















O, cinayət işi açmağa dair göstəriş verib

Odessa dövlət vilayət administrasiyasının rəhbəri Mixeil Saakaşvili könüllülərin, fəalların və jurnalistlərin müşayiəti ilə beton hasar çəkilmiş çimərliyə gəlib və bu çimərliyin niyə beton hasarla haşiyələndiyi ilə maraqlanıb.

azinfo.tv xəbər verir ki, ona hasarın o tərəfində sanatoriyanın olduğunu bildiriblər.

Saakaşvili hasarı buldozer ilə sökəcəyi ilə hədələyərək, darvazanı açdırmağa nail olub. Saakaşvilinin sözlərinə görə, çimərliyi bura nadir hallarda helikopter ilə gələn kiyevli milyarder haşiyələyib.

Saakaşvili Daxili İşlər İdarəsinə (Dİİ) çimərliyin qanunsuz haşiyələnməsi faktı üzrə cinayət işi açmağı tapşırıb. Bundan başqa, enli beton hasarın üstünə qırıq şüşə parçalarının tökülməsi qubernatoru qəzəbləndirib. Qubernator çimərliyə gedən yolu bağlayan hasarı sökməyi və hasar sökülənə qədər çimərliyə gedən yolun açıq olmasına nəzarət edilməsini tapşırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR