Bir arvadı öz cangüdəni ilə qaçdı, digəri isə... – Şeyxin ailəsi haqda şok faktlar

26-12-2019, 22:52 316 dəfə baxılıb


Bir arvadı öz cangüdəni ilə qaçdı, digəri isə... – Şeyxin ailəsi haqda şok faktlar
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlət başçısının köməkçisi, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun ilk həyat yoldaşı Randa əl-Bənna 1970-ci illərdə ondan boşandıqdan sonra qızı Manalı görməsinə icazənin verilmədiyini bildirib.

, Bənna “Tayms” qəzetinə keçmiş həyat yoldaşı ilə evliliyi və bundan sonra baş verənlər haqda danışıb.

Livan əsilli Bənna Məktumla 1972-ci ildə 16 yaşında olanda Beyrutda tanış olub. Bir müddət sonra isə evlənib və Londonda yaşayıblar. Lakin bu çox az çəkib, Dubaya gediblər.

Bənna açıq sözlü olduğu üçün tez-tez əmiri əsəbləşdirdiyini deyib: “Boşanmaq qərarı verdim, indi isə Manalı görə bilmirəm. Necə göründüyünü bilmirəm, icazə verilmir. Çünki boşanmaq istəyən mən idim. Yəni cəzam onu görməməkdir”.

Bənna qızları kimi əmirin ona nəvələrini də görməyə icazə verilmədiyini açıqlayıb.

Bənna 2005-ci ildə gizli şəkildə Manalın toyuna getməyi planlaşdırdığını, Beyrutda tanımadığı bir adamın dəyənəklə hücumuna məruz qaldığını, başına 27 tikişin qoyulduğunu və 4 qabırğa sümüyünün qırıldığını da danışıb. Xəstəxanada oyanan Benna ayılarkən əmir başının üstündə dayanmışdı. Lakin o, bu işdə Məktumun əlinin olduğuna inanmadığını bildirib.

Benna Dubaydan qaçarkən və ələ keçdikdən sonra yoxa çıxan qızı Lətifədən heç vaxt xəbər ala bilmədiyini deyib:

“Lətifənin yoxa çıxması məlum olanda əmirə mesaj yazdım. Yazdım ki, sən atasan, bunu edə bilməzsən, o sənin bir parçandır. Heç cavab vermədi. İndi səsləndirdiyim bu fikirlərin pis nəticə verəcəyindən qorxuram. Mənə Manalı göstərsə, günahlarını yumuş olacaq. Sadəcə qızıma sarılmaq istəyirəm”.

BƏƏ baş nazirinin köməkçisi Mənsur bin Zayid əl-Nəhyanla evli olan Manal ölkənin ən nüfuzlu qadınlarından biri sayılır.

Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun digər qızı Şəmsə 2000-ci ildə Londona qaçmış, lakin daha sonra Kembric şəhərində ələ keçirilərək zorla Dubaya qaytarılmışdı.

Şəmsənin bacısı Lətifə də keçən il ölkədən qaçmağa cəhd edib, lakin ələ keçdikdən sonra yoxa çıxıb. Lətifədən hələ də xəbər yoxdur.

Lətifə həmin dönəmdə yayılan bir videoda 16 yaşında da qaçmağa cəhd etdiyini açıqlamışdı. Lakin saxlanılaraq üç il həbs cəzasına məhkum edildiyini demişdi. O, bacısı Şəmsənin ələ keçdikdən sonra Dubayda bir tibbi həbsxanada saxlanıldığını və işgəncəyə məruz qaldığını iddia etmişdi.

Əmirin digər həyat yoldaşı Haya da bu ilin əvvəlində sevgilisi olduğu cangüdəni ilə Londona qaçıb. Məktumu məhkəməyə verən Haya ondan öz uşaqlarının vəkalətini tələb edir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR