Rusiyanın internet mağazalarından Azərbaycana verilən bəzi sifarişlər ləğv olunmağa başlayıb.
Bu barədə BT NEWS məlumat yayıb.
Məlumata görə, Azərbaycandakı bir çox müştəriyə sifarişlərinin ləğv edildiyi barədə bildirişlər göndərilir. Bildirişlərdə Rusiyadan Azərbaycana malların çatdırılmasının hazırda mümkün olmadığı qeyd olunur.
İlkin ehtimallara əsasən, yaranmış fasilələr Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyadakı iri ticarət və logistika anbarlarına endirdiyi zərbələrin nəticəsi ilə əlaqədardır. Bildirilir ki, anbar infrastrukturuna dəyən ziyan beynəlxalq sifarişlərin bir hissəsinin emalı və göndərilməsinin müvəqqəti dayanmasına səbəb olub.
Hələlik Rusiya tərəfi sifarişlərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib. Buna görə də çatdırılmalardakı problemlərin məhz dron hücumları ilə bağlı olması rəsmi şəkildə təsdiqlənməyib.
loading...