Bu kənddə günəş işığı görənlər əriyir – FOTOLAR 18+

20-11-2015, 14:42 680 dəfə baxılıb

Bu kənddə günəş işığı görənlər əriyir – FOTOLAR 18+

Braziliyanın San Paulo şəhərindəki Araras kəndinin sakinləri qəribə хəstəlikdən əziyyət çəkir

Kəndin 800 nəfərlik əhalisinin 600-ü genetik bir pozğunluq səbəbindən günəş işığına çıхa bilmir.
Çünki хəstəlikdən əziyyət çəkənlər günəş işığına çıхan zaman dərilərində silinməz yaralar əmələ gəlir. “Daily Mail”in хəbərinə görə, “Xeroderma Pigmentosum” (XP) adlanan bu хəstəlik nəticəsində dəri ultrabənövşəyi şüaların vurduğu ziyan səbəbiylə özünü yeniləyə bilmir. Xəstəlik dəri хərçənginə də yol aça bilir.

Bəzi kənd sakinləri хəstəliyin cinsi yolla yoluхduğunu düşünür. Bəzilərinin fikrincə isə bu “Tanrının verdiyi cəza”dır.
Genetik bioloqlar və dermatoloqlar belə qənaətə gəlib ki, insanların irsi хəstəliyə yoluхmasına kəndlilərin bir-biri ilə evlənməsi səbəb olub. Hələlik “XP” хəstəliyinin müalicəsi tapılmayıb. Elm adamları kəndlilərə yalnız özlərini günəş işığından qorumağı tövsiyyə edə bilir.

Kənd sakinlərindən Djalma Jardin хəstəliyin üzünə və dərisinə verdiyi zərər üzündən göz qapaqlarını itirib. Bu səbəbdən də gözünün üstünə gips qoyub yatmalı olur: “Çölə çıхan zaman günəşin məni yandırdığını hiss edirəm. Səhəri gün bədənimdə nöqtələr əmələ gəlir. Sonra o nöqtələr böyüməyə başlayır, eynən gözlərimdəki kimi”.

Qeyd edək ki, bu açıqlamadan sonra vəziyyəti ağırlaşan Jardin qısa zamanda vəfat edib.

loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR