Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO

2-08-2020, 11:18 194 dəfə baxılıb

Rusiya XİN rəhbəri Sergey Lavrovun erməni babalarının qəbirləri tapılıb.

Moderator.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın Lori bölgəsinin Ardvi kəndindəki Hovhannes kilsəsinin həyətində Kalantaryan ailəsinin məzarlığı var.

Mətbuatda yazdıqları kimi, Rusiya xarici işlər naziri, vaxtilə Tiflisdə məskunlaşan Kalantaryan ailəsinin qollarından birinin birbaşa nəslindəndir.

Rusiya xarici işlər naziri Sergey Lavrov 21 mart 1950-ci ildə Tiflisdə anadan olub. Mətbuatın yazdığına görə, Lavrovun atası Kalantaryan adlı bir Tiflis ermənisi idi. Daha sonra anası Valeria Borisovna Lavrovanın soyadını götürüb.

17 fevral 2005-ci ildə Ermənistana növbəti səfəri zamanı Lavrov İrəvanda Rusiya-Erməni (Slavyan) Universitetinin tələbələri ilə görüşüb. Tələbələrdən biri soruşdu ki, erməni əsilli olmaq onu narahat edirmi?

Lavrov cavab verdi: "Tiflis köklərim var, çünki atam oradandır, damarlarımda erməni qanı axır və başqa heç kimin qanı axmır. Bu qan mənə heç bir şeydə mane olmur."

Xatırladaq ki, Rusiyanın baş naziri Mişustinin də bir tərəfi ermənidir və Qarabağ münaqişəsinin də həll edən əsas ölkə kimi Rusiya tərəfdən 16 ildir danışıqlara rəhbərlik edənlər də ermənilərdir. Belə getsə hələ bir 16 il də Ermənistan-Azərbaycan davasına hakimliyi ermənilər edəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR