“Bəzi istiqamətlərdə geri çəkilirik” – Separatçı rejimin sözçüsü

5-10-2020, 18:49 225 dəfə baxılıb

Qarabağdakı qondarma rejimin sözçüsü Vaqram Poqosyan erməni qoşunlarının “bəzi istiqamətlərdə” "taktiki məqsədlərlə" geri çəkildiyini elan edib.

Açıqlamada deyilir ki, “hədsiz spekulyasiyalardan qaçmaq üçün” bu məlumat açıqlanır. “Qeyd edirəm ki, bəzi istiqamətlərdə müdafiə ordusu qoşunları geri çəkib”, - qondarma rejimin nümayəndəsi Poqosyan bildirir. Və dərhal əlavə edir ki, bunu “daha çox qurbanlar verməmək və düşmənə qarşı əks hücum üçün toparlanmaq” üçün ediblər.

Əslində isə düşmən əsgərləri ötən gün Prezident İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, ordumuz tərəfindən işğal edilmiş ərazilərin bir hissəsindən, azı Cəbrayıl şəhəri də daxil olmaqla, azı 22 yaşayış məntəqəsindən it kimi qovulub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR