Obamadan Ərdoğana xəbərdarlıq: Qoşunları çıxardın

7-01-2016, 12:32 680 dəfə baxılıb

Obamadan Ərdoğana xəbərdarlıq: Qoşunları çıxardın















ABŞ prezidenti Barak Obama hesab edir ki, Bağdadın razılığı olmadan ölkənin şimalında yerləşdirilən Türkiyə qoşunları İraqın ərazisindən çıxarılmalıdır

azinfo.tv `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.

Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığında bildirib.

Bundan başqa, tərəflər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

Qeyd edək ki, Obama dekabrın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun isə Bağdadın ölkənin üçdə bir hissəsinə nəzarəti itirdiyini xatırladıb. Nazir İraq hakimiyyətini İŞİD-ə qarşı güc tətbiq etməyə çağırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR