Moskvada yanğında 9 nəfər ölüb

31-01-2016, 12:35 666 dəfə baxılıb

Moskvada yanğında 9 nəfər ölüb

















Ölənlər Orta Asiya respublikalarının vətəndaşlarıdır

Moskvanın şərqində yerləşən tikiş müəssisəsində baş vermiş güclü yanğın nəticəsində 9 nəfər ölüb.

Bu barədə RİA Novosti-yə ölkənin fövqəladə xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, ölən şəxslər Orta Asiya respublikalarının vətəndaşlarıdır.

Məlumata görə, müəssisənin 500 kv.m sahəsini əhatə etmiş yanğın gecə 01.55-də söndürülüb. Yanğının söndürülməsinə ümumilikdə 123 yanğınsöndürəndən ibarət 38 briqada cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik avadanlıqda nasazlıq və odla ehtiyyatsız davranma olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR