Paşinyan Rusiya meydanında qalmaqda davam etsə, yerinə o gətiriləcək... - Ermənistan KİV

12-01-2024, 16:00 30 dəfə baxılıb

Paşinyan Rusiya meydanında qalmaqda davam etsə, yerinə o gətiriləcək... - Ermənistan KİV


Nikol Paşinyan Ermənistanda Qarabağdan gəlmiş ermənilərin problemləri ilə məşğul olacaq, eləcə də onlarla danışıqlar aparacaq struktur formalaşdırmağa can atan gorbagor(!) separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş katibi, Qarabağdakı erməni silahlı qüvvələrinin keçmiş komandanı Samvel Babayanı məyus edib. Guya Paşinyan əvvəlcə hayların Qarabağa geri qaytarılmasına meyilli olub, lakin son vaxtlar bu fikrindən vaz keçib. Babayanın ətrafı bildirir ki, “kamanduyuşşi” bu imtinanı sərt qəbul edib və özünü “aldadılmış” hesab edib.

Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazıb.

“Paşinyan artsaxla bağlı hər hansı bir şeyi tarixə buraxmaq və artsaxa görə fəallıq edənləri Ermənistanın təhlükəsizliyinə təhdid kimi gözdən salmaq qərarına gəlib. Buna görə də o, yeni bir siyasi qurum yaratmaq fikrindən əl çəkib”, -deyə davamında erməni nəşri bildirir.

Qeyd edilir ki, buna baxmayaraq, yaxın gələcəkdə Qarabağ separatçılarının bəzi dairələri, xüsusən də köçkün hayların həll olunmamış problemləri ilə bağlı fəallaşa bilər. Söhbət siyasi sahədən yox, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın kölgədə saxladığı ictimai sektordan, xüsusən son illər Xankəndində fəallıq göstərən Tiqran Petrosyan və onun həmkarlarından gedir. Bu dairəni separaçı rejimin keçmiş “xarici işlər naziri” Masis Mayilyan idarə edir.

“Lakin bu təbəqənin aktivləşməsi tamam başqa məna daşıyır. Qərbin Armen Qriqoryanı Paşinyanın varisi kimi gördüyü barədə məlumatlar var. Paşinyan Rusiya meydanında qalmaqda davam etsə, Qriqoryanın “bəxtinin açılacağı” istisna edilmir”,- deyə Ermənistan qəzeti vurğulayır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR