Siyəzən rayon sakini, 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Baku TV xəbər verir ki, gecə saatlarında qadının qızı anasına zəng edib. Anası telefona cavab vermədikdə onun evdə qətlə yetirildiyi məlum olub.
Qonşuların sözlərinə görə, Xəyalə Ağamalıyevanın qızı bu il universitetə qəbul olub. Mərhum isə mənzildə tək yaşayırmış.
Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Naqil Ağamalıyevin qadının əmisi nəvəsi olduğu bildirilir.