Qriqoryan və Mirzoyan Azərbaycana görə növbədənkənar iclasa çağırıldı

9-04-2024, 07:59 154 dəfə baxılıb

Qriqoryan və Mirzoyan Azərbaycana görə növbədənkənar iclasa çağırıldı


Bu gün günün ikinci yarısında parlament müxalifətinin təşəbbüsü ilə Milli Məclisdə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda növbədənkənar iclası keçiriləcək.

“Ermənistan” və “Mənim şərəfim” fraksiyaları müzakirəyə baş nazirin müavini Mher Qriqoryanı və xarici işlər naziri Ararat Mirzoyanı dəvət ediblər.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bildirib ki, hər iki məmur parlamentə gələcək.

Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir.

Minasyanın sözlərinə görə, bu məsələ səsvermə yolu ilə həll olunacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR